Dolların məzənnəsi ilə bağlı şad xəbər
Mərkəzi Bank xarici valyutanın bugünə olan
məzənnəsi açıqlayıb. Movqe.az-ın
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi saytına istinadən verdiyi
məlumata görə, ABŞ dollarının məzənnəsi Azərbaycan manatına
nisbətdə zəifləyib. Avqustun 11-nə
olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki,
ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0001 manat və ya 0,01%
ucuzlaşaraq 1,0493 manat səviyyəsində
qalıb. Bir valyuta səbətinə daxil olan
avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid
valyutası 0,0014 manat və ya 0,12% artaraq 1,1522 manat
olub. Azərbaycan manatı Azərbaycan
əhalisinin hazırda daha çox səfər etdiyi Türkiyə vəGürcüstanda nəzərə çarpacaq
dərəcədə yuxarıdır. Belə ki, AZN-ə nisbətdə türk lirəsi 0, 3766,
gürcü larisi isə 0, 4525 dəyərindədir.