Əlaqə Arxiv
news Image
2015.08.11
17:40
| A A A
"Rabitəbank" ASC "AGBank"ı alır

Danışıqların bu ilin sonuna qədər yekunlaşacağı gözlənilir

Azərbaycanın "Rabitəbank" ASC "AGBank" ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səmdarları arasında danışıqlar prosesi gedir. Movqe.az xəbər verir ki, bu barədə "Report"a "Rabitəbank"dakı mənbələrdən məlumat verilib.

Məlumata görə, bu prosesdə "Rabitəbank"ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və "AGBank"ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.

Qeyd edək ki, "AGBank" ASC 1992-ci ildə, "Rabitəbank" ASC isə 1993-cü ildə fəaliyyətə başlayıb.

Sizin Reklam Yeriniz