Əlaqə Arxiv
news Image
2015.08.12
16:25
| A A A
Çin yuanı ikinci gündür aşağı düşür

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki,Çin Mərkəzi Bankı milli valyuta olan yuanın məzənnəsini bir daha aşağı salıb. Çərşənbə axşamı rekord 1.9 faiz devalvasiya olmuşdu.Bu addım Asiya bazarlarında təəccübə səbəb olub. Bank isə devalvasiyanın dəyər itkisinin başlanğıcı olmadığını bildirib.Bu, təxminən 20 il ərzində yuanın dollara qarşı ən böyük dəyər itkisidir.Ticarət nazirliyi bildirib ki, daha aşağı faiz ixracata təkan verəcək.Həftə sonu məlum olan rəqəmlərə görə Çin ixracı iyul ayından səkkiz faizdən aşağı düşüb və dünyanın ikinci böyük iqtisadiyyatının zəifləməsinə səbəb olub.Çərşənbə günü də zəifləmənin əlamətləri müşahidə edilib. Məlum olub ki, sənaye istehsalı iyul ayında keçən ilkindən cəmi altı faiz artıb. Bu artım gözlənildiyindən daha aşağıdır.Lakin yuanın aşağı düşməsi qlobal və sabitliyi pozan "valyuta müharibəsi" qorxusu yaradıb. Gecə boyu bazarların kəskin aşağı düşdüyü ABŞ-da bu addım tənqidlə qarşılanıb.

Sizin Reklam Yeriniz