“Azəriqaz” bu il 35,6 min qaz sayğacı quraşdırıb
Müraciətlər Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə edilib
Cari ilin yanvar-iyul ayları ərzində "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 35 558 müraciət daxil olub. Bu barədə Movqe.az-a Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müraciətlərin hamısı tam icra edilib.
Qeyd edək ki, müraciətlər Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə edilib.