Əlaqə Arxiv
news Image
2015.08.13
16:16
| A A A
“Azerspace-1” peykinə ötürülən kanallara nəzarət gücləndirilib

Kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib

Bakı Teleqüllə Kompleksində yerləşən "Peyk" mərkəzindən "Azerspace-1" peykinə ötürülən tele və radiokanallara nəzarət daha da təkmilləşdirilib və gücləndirilib.

Movqe.az bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən verilən məlumata görə, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün peykdən yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib.

"Azerspace-1" peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk monitorinq sistemi vasitəsi ilə birbaşa nəzarət həyata keçirilir.


Sizin Reklam Yeriniz