Əlaqə Arxiv
news Image
2015.08.14
09:00
| A A A
Dollar kəskin şəkildə ucuzlaşacaq
Buna əsas səbəb Çinin pul siyasətinin dünya miqyasında "valyuta müharibəsi"ni yenidən qızışdırmasıdır

Dünya maliyyə bazarlarında xüsusi diqqətlə izlənən proseslərdən biri də Çin valyutası olan yuan ətrafında baş verənlərdir. Bu pulun sürətlə dəyərdən düşməsi maliyyə sferasında mühüm dəyişikliklərin anonsu da sayılır. Hətta son dövrlərdə bir çox valyutalar qarşısında güclənə dolların Çinin addımından sonra sürətlə dəyər itirməsi də istisna olunmur. ABŞ hökumətinin məqsədli şəkildə dolları ucuzlaşdırararq Çinlə iqtisadi rəqabəti davam etdirəcəyini proqnoz eənlərin sayı sürətlə artır.

Bu arada qeyd eək ki, Çin Mərkəzi Bankı (ÇMB) avqustun 13-də, ardıcıl olaraq üçüncü gün milli valyutanın devalvasiyasını həyata keçirib. Belə ki, ÇMB yuanı daha 1,1% ucuzlaşdırıb. Bununla da, dolların məzənnəsi 6,401 yuan səviyyəsinə yüksəlib. ÇMB-nin bu qərarı ilə yuan son üç gündə toplam olaraq 4,6% devalvasiyaya məruz qalıb. Mövcud vəziyyət qlobal maliyyə bazarlarında yuanın növbəti günlərdə devalvasiya oluna bilməsi ehtimalını gücləndirib. Qeyd edək ki, son üç gündə yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunub.

Çin Mərkəzi Bankının addımları okeanın o tayında da diqqətlə izlənilir. Belə vəziyyət ABŞ Mrəkzəi bankının son 10 ildə ilk dəfə faiz artırımı planını təxirə salacağı istiqamətindəki məlumatların yayılmasına səbəb olub. Dolların digər əhəmiyyətli pul vahidləri qarşısında güclənməsi, ABŞ-ın ixracına mənfi təsir göstərir. Məhz bu səbəbdən ABŞ-ın da dolları ucuzlaşdırması gözlənilir. Belə vəziyət isə yeni bir "valyuta müharibəsi"nə yol açmaq iqtidarındadır. Çin yuanının dollar qarşısında ucuzlşaması ABŞ şirkətlərinə mənfi təsir göstərəcək. Güclü dollar üzündən şirkətlər onsuz da çətin bir rəqabət şəraitindədirlər.

Analitiklər bildirirlər ki, digər ölkələrin mərkəzi bankları da eyni oyunu oynayıb, öz valyutalarını devalvasiya edəcəklər. Çünki hər bir ölkə ixracını qorumaq istəyir. Bu, neft ixrac edən ölkələrə, o cümlədən ABŞ-a da şamil olunur. Məsələ bundadır ki, Çtn valyutasının ucuzlaşması ABŞ neftinn də qiymətini aşağı salıb.

Bu sahə üzrə ekspert Con Kilduff bildirib ki, Çin yuanının devalvasiyası ilə əlaqədar olaraq ABŞ xam neftinin barrelinin qiymətinin 30-40 dollar aralığına düşəcəyi gözlənilir. Onun sözlərinə görə, neftin 20 dollara düşməsi belə mümkündür. Qeyd edək ki, artıq OPEK də hasilat kvotasına əməl etmir və ötən ay kvotadan artıq neft hasil edib. Dünyada neft bolluğu artdığı halda, neftə tələb zəif olaraq qalır. Dünyanın ikinci böyük neft istehlakçısı olan Çinin iqtisadiyyatı isə ləngiyir. Yuanı ucuzlaşdıran Çin digər ölkələrin ixrac imkanlarını azaldıb. Bu da ABŞ daxil bir sıra ölkələrin istehsalçılarının səhmlərinin ucuzlşamasına səbəb olub. İxracın azalması istehsalın düşməsi deməkdir. İstehsalın düşməsi nəticəsində iqtisadi inkişafın ləngiməsi neftə tələbi daha da azalda bilər. Belə vəziyyətdə dolların ucuzlaşması isə yeni vəziyyət yartamaq iqtidarındadır və ABŞ-ın məhz bu addıma getməsi gözlənilir.

Digər ölkəlrin də pullarının ucuzlaşması "valyuta müharibəsi"nin əslində, başlandığını göstərir.Proses MDB məkanından da yan keçmir. Xüsusən də Rusiya pulunun ucuzlaşması fonunda bəzi MDB ölkələri valyutalarını adekvat şəkildə məzənnə itkisinə məruz qoyur. Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını işə salması isə dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərməkdə davam edir. Ekspertlərə görə, bu gedişlə avro ilin sonuna qədər dollarla bərabərləşə bilər. Xatırladaq ki, Avropada müvafiq proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılır və həmin pula dövlət və özəl qiymətli kağızların alınması həyata keçirilir. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2%-ə yaxın həddə qaldırmaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq. Dünya bazarlarında avronun ucuzlaşması həm də Avropanın ixrac imkanlarının genişlənməsinə hesablanıb. Bununla "valyuta müharibəsi" daha da kəskinləşir və belə vəziyyət dünya iqtisadiyyatı üçün də müsbət heç nə vəd etmir.

Sizin Reklam Yeriniz