Əlaqə Arxiv
news Image
2015.08.13
18:46
| A A A
Mobil nömrələrin satışı və daşınması "e-Hökumət" portalı üzərindən aparılacaq

Azərbaycanda mobil telefon nömrələri ilə bağlı bir sıra proseslərin "Elektron Hökumət" portalı üzərindən aparılması nəzərdə tutulur.

Movqe.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq "e-Hökumət" portalı üzərindən həyata keçiriləcək.

Mobil operatorlar üzrə abunəçi bazaları Fərdi İdentifikasiya Nömrəsinə uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq.

"e-Hökumət" portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq. Bununla yanaşı, portal vasitəsi ilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək imkanı yaradılacaq.

"e-Hökumət" portalı üzərindən formalaşan "Şəxsi kabinetlər"də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq. Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.

Sizin Reklam Yeriniz