Əlaqə Arxiv
news Image
2015.08.15
10:10
| A A A
Sığorta problemli kreditlərə son qoyacaq
Kreditlərin sığortasında yığımlar və ödənişlər artır

Problemli kreditlərin bank sektoru üçün də ciddi təhdid olduğu birmənalı həqiqətdir və görünür, bu səbəbdəndir ki, sözügedən maliyyə qurumları kreditlərin sığorta edilməsinə getdikcə daha çox maraq göstərir. Çünki kreditlər sığortalandıqda müştərinin ödənişində hansısa problem yarandıqda bank vəsaitini sığorat şirkəti ödəyir. Bu da kreditlərin batma ehtimalıın aradan qaldırır.

Düzdür, problemli kreditlərin miqdarını artımı sığorta şirkətlərini məsələyə daha ehtiyatlı mövqe sərgiləməyə vadar edir. Xatırladaq ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 6,6%-ə yüksələrək. 2015-ci il iyulun 1-nə nominal ifadədə 1 milyard 338,7 milyon manat təşkil edib. Qeyd edək ki, bu ilin iyunun 1-nə bu göstərici 6,4%-ə bərabər olub. İlin əvvəlində isə vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə payı 5,3% olub. Probğlemli kreditlər manatla verilən vəsaitdə daha çox artır. Belə ki, Azərbaycanda milli valyutada ayrılan kreditlərin ümumi strukturunda ödəniş vaxtı keçmiş kreditlərin payı 2015-ci il iyul ayının 1-nə 8%-ə yüksəlib. Halbuki, iyunun 1-nə həmin göstərici 7,8% olub. Cari ilin yanvarın 1-nə milli valyutada problemli kreditlərin manatla verilən məcmu kredit qoyuluşlarında xüsusi çəkisi 5,7% təşkil edib. Qeyd edək ki, xarici valyutada vaxtı keçmiş kreditlərin məcmu xarici kreditlərin içərisində xüsusi çəkisi isə iyulun 1-nə 4,8% olub. İyunun 1-nə bu göstərici 4,5%, yanvarın 1-nə isə 4,1% təşkil edib.

Belə vəziyyətdə ən əlverişli vasitə məhz kreditlərin sığorasının həyata keçrilməsidir. Artıq qeyd olunan istiqamətdə mühüm addımlar atılmaqdadır.

Son məlumatlara görə, kreditlərin sığortasında yığımlar və ödənişlər artır. 2015-ci ilin yanvar-iyul aylarında kreditlərin sığortasında yığım ötən ilin anoloji dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 506,4 min manat olub. Bu ilin yanvar-iyul aylarında sığorta ödənişlərində ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 35,4 dəfə artaraq 114,4 min manat təşkil edib.

Kredit sığortası əslində, bütün iştirakçı tərəflərə sərf edir. Xüsuəən də banklara. Adətən kreditlərin verildiyi zaman bank müqavilələrində risklər maksimum nəzərdə tutulur. Lakin bu da verilmiş kreditlərin qaytarılmasına tam zəmanət vermir. Bu səbəbdən ən yaxşı vasitə kreditlərin sığortalanmasının həyata keçrilməsidir. Bu cür siğortalandırmanın mövcüdlluğu hətta borc götürənin ödəmə qabliyyətini itirdiyi halda pulların banka sığorta şirkəti tərəfindən nəzərdə tutulmuş şərtləri əsasında qaytarılmasına zamanət verir. Kreditin qaytarılmaması riskindən sığorta zamanı elə borcun özünün rəsmiləşdirilməsi zamanı tələb olunan sənədləri təqdim etmək lazım gəlir. Bundan əlavə sığorta şirkətləri lazımi hesab etdikləri istənilən bir sənədi də əlavə olaraq tələb edə bilərlər Düzdür, müəyyən banklar sığortalanmamış kredit vermirlər. Bəzi banklar bu məqsədlə özünün sığorta şirkətin yaradır. Sonda sığortalı kreditlərin qaytarılma ehtimalı daha yüksək olur. Beləliklə sığortalanmış kreditlər hər tərəfə əlverişlidir. Bank öz kreditin qaytarılmaması risklərini miniuma salır. Borc götürən isə sığorta polisıni əldə edərək bilir ki, hansısa xoşagəlməz vəziyyətlə qarşılaşdıqda borcunun ağırlığı sığorta şirkətin üzərinə düşəcək.

Bununla yanaşı, problemli kreditlərin miqdarını azaldılması üçün belə kreditlərin satılması da vacib sayılır. Məsələn, "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin satışını zəruri sayır. Bundan sonra "Fitch" bankın xarici valyutada "emitentin defolt reytinqi"ni "BB" səviyyəsindən "BB+"a, "bankın dayanıqlığı"nı isə "b-"dan "b" və ya "b+"a qədər artıra biləcəyini bildirib. Qeyd edək ki, "Fitch" problemli kreditlərin satılması ilə əlaqədar hər hansı çətinlik olacağını gözləmir. "Fitch" agentliyi özəlləşdirmə proqramı çərçivəsində Azərbaycan Beynəlxalq Bankının 2015-ci ilin sonuna qədər problemli kreditlərdən azad edilməsi qərarını dəstəkləyib. eyni sözləri bir sıra digər banklar haqqında da demək olar.

Sizin Reklam Yeriniz