Əlaqə Arxiv
news Image
2015.08.15
16:50
| A A A
Azərbaycana tütün idxalı 18% azalıb

Tütün və tütün əvəzedicilərinin 2015-cü ildə ixracı ölkənin ümumi ixracının 0,05%-nə bərabər olub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 178 414,87 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Movqe.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 38 920,03 min dollar, yaxud 17,91% azdır. Nəticədə 2015-ci ilin 7 ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,36%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 3 971,68 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 206,64 min dollar, yaxud 1,8 dəfə azdır. Tütün və tütün əvəzedicilərinin 2015-cü ildə ixracı ölkənin ümumi ixracının 0,05%-nə bərabər olub.


Sizin Reklam Yeriniz