Əlaqə Arxiv
news Image
2015.08.15
22:00
| A A A
Azərbaycanda daha bir bank ləğv edildi

Azərbaycanda lisenziyası iyul ayında ləğv edilmiş "Evrobank" ASC-nin ləğvetmə prosesi başlanıb. Movqe.az "Xalq" qəzetinə istinadən xəbər verir.


Lisenziya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə ləğv edilib.


Məhkəmə həmçinin "Evrobank"ı müflis elan edib.


Məhkəmə qərarına əsasən, bankın ləğvedicisi qismində "Azerbaijan International Consulting Company" MMC təyin edilib.


Ləğvetmə prosesi "Evrobank" ASC-nin baş ofisində - Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir.


Sizin Reklam Yeriniz