Əlaqə Arxiv
news Image
2015.08.19
12:53
| A A A
“Bakcell” internet paketlərində yeni endirim kampaniyasına başlayıb

"Bakcell" şirkəti abunəçilərinin yüksək sürətli mobil internetdən daha sərfəli qiymətlərlə faydalanması üçün yeni endirim kampaniyasına start verib. Şirkətdən Movqe.az-a verilən məlumata görə, avqustun 14-dən etibarən "Bakcell" abunəçiləri internet paketi aldıqda, kampaniya çərçivəsində ikinci eyni həcmli internet paketini yarı qiymətə əldə edə bilirlər.

 

40, 120, 360 və ya 600 MB həcmində istənilən internet paketini əldə etdikdən sonra, abunəçiyə ikinci internet paketin yarı qiymətə əldə edilməsi imkanı barədə məlumat SMS vasitəsilə göndərilir. İkinci internet paketini yarı qiymətə almaq üçün abunəçilərə hər dəfə 24 saat vaxt təqdim olunur.

 

Qeyd edək ki, 4G abunəçilərinin sayına görə Azərbaycanda lider mövqeyə sahib olan "Bakcell" şirkəti eyni zamanda Azərbaycanda abunəçilərinə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur. "Bakcell" abunəçiləri ölkə xaricində olarkən 20-dən çox rouminq tərəfdaşından hər hansı birinin şəbəkəsinə qoşularaq 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən sərfəli qiymətlərlə faydalana bilərlər.

 

Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalır.

Sizin Reklam Yeriniz