Əlaqə Arxiv
news Image
2015.08.19
13:50
| A A A
Azərbaycanda yeni peyvəndin tətbiqinin tarixi geri çəkilib-Özəl

Azərbaycanda inaktivləşdirilmiş polimelit peyvəndinin tətbiqinin tarixi geri çəkilib. Bu barədə Movqe.az-a eksklüziv açıqlamasında Respublika Gigiyenavə Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva söyləyib. A. Əliyeva bildirib ki, bu ilin iyun ayından tətbiqi nəzərdə tutulan inaktivləşdirilmiş polimelit peyvəndinin bir dozasının 6 aylıq uşaqlara vurulması ölkəmizə bu peyvəndin Azərbayacana gətirilməməsi üzündən yubanır: " Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə əsasən Azərbaycanda bu ilin iyun ayından etibarən peyvənd təqviminə yeni vaksinin əlavə olunması nəzərdə tutulurdu.  Biz artıq bu peyvəndin tətbiqi üçün bütün hazırlıq işlərini yekunlaşdırmışıq. Bunun üçün təlimlər keçirilib. Amma hələki UNİCEF tərəfindən inaktivləşdirilmiş polimelit peyvəndinin gətirilməsi yubanır.  Yəqin ki, bu peyvəndin tətbiqinə 2016-cı ilin ilk aylarından başlanılacaq".

A. Əliyeva bildirib ki, inaktivləşdirilmiş polimelit peyvəndi, oral polimelit peyvəndinin bir qədər gücləndirilmiş formasıdır. Bu peyvəndin bir dozasının 6 aylıq uşaqlara tətbiqi nəzərdə tutulur. 

 

Sizin Reklam Yeriniz