Əlaqə Arxiv
news Image
2015.08.19
17:57
| A A A
Yaponiya Müdafiə Nazirliyi növbəti il üçün rekord səviyyədə büdcə layihəsi təqdim edəcək

Yaponiya Müdafiə Nazirliyi Çinin dənizlərdə artan fəallığını nəzərə alaraq uzaq adalar da daxil olmaqla ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə növbəti maliyyə ili üçün rekord səviyyədə büdcə layihəsi təqdim etməyə hazırlaşır.Nazirlik 2016-cı ilin aprelində başlayacaq növbəti maliyyə ili üçün 5 trilyon yen və ya təqribən 40 milyard 900 milyon ABŞ dolları məbləğində büdcə sorğusu verməyi planlaşdırır ki, bu da cari maliyyə ilindəkindən 2,2 faiz çoxdur.Layihələndirilən büdcə vəsaitinin bir hissəsinə desant qüvvələri üçün hava nəqliyyatı ilə daşınan 36 ədəd PDM alınması nəzərdə tutulur. Büdcə layihəsində, həmçinin nəqliyyat və xilasetmə işləri üçün çoxməqsədli helikopterlərin, həmçinin 12 yeni "Osprey" konvertoplanının alınması da planlaşdırılır.


Sizin Reklam Yeriniz