Azərbaycanda məktəb yaşlı uşaqların, gənclərin narkotik vasitə aludəçisi olmalarının qarşısını almaq üçün yaxın gələcəkdə orta məktəblərdə "Narkotiklərlə baglı Məktəb Kurrikulumu" adli kitabın dərs vəsaiti kimi istifadəsi nəzərdə tutulur. Bu barədə Movqe.az-a açıqlamasında Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva məlumat verib. L. Yolçiyeva son illər 18 yaşa çatmayanlar arasında narkotik istifadəçilərinin olduğunu söyləyib. Onun sözlərinə görə orta məktəblərdə şagirdlər arasında narkotik vasitələrdən istifadə ilə ən böyük problem yaş həddinin günü-gündən azalmasıdır: " Narkokuryerler xüsusən azyaşlıları hədəf alaraq, onlari oz ticarətlərinin qurbanına çevirirlər. Əvvəllər kuryerlər narkotik vasitələri həb səklində pulsuz olaraq təqdim edir. Daha sonra həmin insanlarda asılılıq yaranır. Və məktəblilərdə həmin kuryerləri axtararaq, pul muqabilində bu zərərli vasitələri əldə edirlər".
L. Yolçiyeva artıq məktəblilərin bu bəlaya düçar olmasının qarşısının alınması məqsədilə ciddi tədbirlərə başlandığını söyləyib: "Məktəblərdə narkomaniya ilə mubarizə aparmaq üçün Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi, Təhsil Nazirliyi ilə birgə "Narkotiklərlə baglı Məktəb Kurrikulumu" adli kitabca hazırlayıb. Gələcəkdə məktəblilər üçün bunun ayrıca bir dərs kimi də tədris edilməsi nəzərdə tutulur".