Əlaqə Arxiv
news Image
2015.08.20
19:40
| A A A
1 Dollar 3 Türk lirəsi oldu

Türkiyə Mərkəzi Bankının faiz artırması üçün ABŞ Mərkəzi Bankı Fedi gözləyəcəyini işarə etməsi, təhlükəsizlik narahatlıqları və seçki qeyri-müəyyənliyi Türk lirəsini (TL) ucuzlaşdırır. Bu gün 1 dollar 3 TL-ni görüb.


MANAT QARŞISINDA DA "ÖLÜR"


20 Avqustda Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, 1 Türk lirəsi 0.3524 manata bərabərdir. 21 Fevral 2015-ci il tarixində həyata keçirilmiş devalvasiya ilə 1 Türk lirəsi 0.4281 manata bərabər edilmişdi. Həmin vaxtdan bəri 0,0757 manat və ya 17,6% möhkəmlənib.Qeyd edək ki, Türkiyə Azərbaycanın ixracda 14-cü, idxalda isə 2-ci ticarət tərəfdaşıdır. Ümumi ticarət dövriyyəsində isə Türkiyə 5-ci əsas ölkədir.2015-ci ilin 7 ayı ərzində Türkiyə Azərbaycana 676 milyon dollarlıq, Azərbaycan isə Türkiyəyə 173 milyon dollarlıq mal göndərib.

Sizin Reklam Yeriniz