Əlaqə Arxiv
news Image
2015.08.20
20:00
| A A A
Azərbaycanda taxılın qiyməti artacaq?

Qazaxıstan milli valyutası tengenin məzənnəsində baş verən dəyişiklik Azərbaycanın bu ölkədən idxal etdiyi taxılın qiymətinə təsir etməyəcək. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, bu il Azərbaycanda taxıl istehsalının artması bunu deməyə əsas verir. Hər il Azərbaycanda taxıl istehsalının artdığını deyən qurum rəsmisi qeyd edib ki, hökümət bununla da bu sahədə xaricdən asılılığı minimuma endirmək istəyir: "Ötən illə müqayisədə 2015-ci ildə Azərbaycanda 2,8 milyon ton taxıl bitkiləri istehsal olunub. Buğda istehsalı isə 1 milyon 687 min ton olub. Məhsuldarlıq 31 sentner təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 sentner artıq məhsul deməkdir. Azərbaycanda hazırda istənilən qədər taxıl var. Yəni biz taxıla görə, əvvəlki qədər xaricdən asılı deyilik. Ona görə də düşünmürəm ki, Qazaxıstan milli valyutasındakı dəyişiklik oradan idxal etdiyimiz qiymətlərinə təsir etsin".


Sizin Reklam Yeriniz