Əlaqə Arxiv
news Image
2015.08.22
08:00
| A A A
Manat məzənnə baxımından MDB-nin lider valyutasıdır
Azərbaycan pulu qonşu ölkələrin valyutaları ilə müqayisədə getdikcə daha çox dəyər qazanır

Azərbaycanla qonşu ölkələrdə müşahidə olunan devalvasiya prosesi və onun nəticələri hələ də ən aktual mövzular sırasında yer almaqdadır. Xüsusən də Qazaxıstanın devalvasiyaya getməsindən sonra analoji prosesin digər ölkələrdə təkrarlanıb-təkrarlanmayacağı böyük maraq doğurur.

Mövcud vəziyyət isə bu qənaətə gəlməyə əsas verir ki, qonşularımızda, həmçinin, bir sıra digər ticarət tərəfdaşlarımızda devalvasiya müəyyən müddət davam edəcək. Maraqlıdır ki, bütün bunlar fonnuda sabitliyini qoruyan manat da bir sıra ölkələrin milli valyutaları ilə müqayisədə mövqelərini sürətlə möhkəmləndirir. Xüsusən də rubl və lirə manat qarşısında yeni minimum səviyyəyə düşüb. Avqustun 21-də 1 rubl 0,0154 manata və ya 1000 rubl 15,4 manata bərabər olub. Halbuki, son günlər 1 rubl 0, 017-0.016 manat intervalında hərəkət edirdi. Bu ilin mart ayından başlayaraq rubl manat qarşısında güclənməyə başlamış, 19 mayda 0.0213 manata qədər yüksəlmişdi. Həmin vaxt 1000 rubl 21,3 manata bərabər idi. İyul ayından başlayaraq isə, yenidən rubl ciddi ucuzlaşmağa başladı. Son 3 ayda rubl manat qarşısında 27,7% ucuzlaşıb. Bu, 1000 rublda 5,9 manat ucuzlaşmaya bərabər gəlir.

Manat Türkiyə lirəsi qarşısında da güclənir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 21 avqustda 1 lirə 0,357 manata bərabər olub. Bu o deməkdir ki, 1000 lirə artıq 357 manatdır. Halbuki, bu ilin 21 fevralında devalvasiya 1 lirə 0.4281 manata bərabər idi. Həmin vaxtdan bu yana manat türk lirəsi qarşısında 16,6% bahalaşıb. Qarşıdakı günlər ərzində isə rubl və lirənin manat qarşısında daha çox dəyər itirməsi gözlənilir.

Manatıq dollar və avroya nisbətinə gəlincə, avqustun 21-də dollar manat qarşısında ucuzlaşıb. Dolların rəsmi məzənnəsi 0.0007 manat azalaraq 1,0479 manat olub. Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Gürcüstanda da nəzərəçarpacaq dərəcədə yuxarıdır. Belə ki, gürcü larisi 0, 4488 manatdır. İran rialı qarşısında da manat olduqca güclüdür. Bir rial 0.0035 manatdır. " Deutsche Bank" analitikləri isə xatırladır ki, Xəzərdə digər qonşumuz olan Türkmənistan pul vahidi yanvar ayında 19 faiz devalvasiya edilib. Ancaq qarşıdakı 6 ayda 20%-lik dəyər itkisi proqnozları var. Qazaxıstan ilə yaxın əlaqələri olan Tacikistanın valyutası tacik somonisi riskli pul vahidləri arasında yer alır. Rusiya ilə yaxın ticarət əlaqələri olan Ermənistan dramı isə son bir ildə 25 faiz dəyərdən düşüb. Qırğızıstanın pul vahidi som da yenə Qazaxıstandakı sıxıntı səbəbindən təzyiq altındadır. Bütün bunlar fonunda ekspertlər manatın məzənnə baxımından regionda, eləcə də MDB məkanında liderliyini qoruyub saxlayacağını proqnozlaşdırırlar. Azərbaycanın valyuta ehtiyatları və düşünülmüş monetar siyasət manat üçün hansısa təhdidin mövcud olmadığını göstərir.

Bir sıra MDB ölkələrində iəs devalvasiya prosesinin davam edəcəyi proqnozlaşdırılır. Xüsusən də Rusiyada rubl məzənnə itkisinə məruz qalmaqda davam edəcək. Son günlər dünya bazarında neftin ucuzlaşması nəticəsində rus rublu avro və dollar qarşısında dəyərdən düşür. Son məlumatlara görə, artıq Moskva birjasında dollar kəskin bahalaşaraq, 68 rubla qədər qalxıb, 1 avro isə 75,56 rubl olub. Bu, ilin əvvəlindən bəri rublun ən aşağı məzənnəsidir. Ən maraqlısı da odur ki, Rusiya hökuməti rublu xilas etməyə tələsmir. Prezident Vladimir Putinin köməkçisi, keçmiş iqtisadiyat naziri Aleksey Belousov bildirib ki, ölkənin rublun məzənnəsin qorumaq üçün lazımi qədər valyuta etiyatı yoxdur. Belə ki indi mövcud olan 358 milyard dollar qızıl-valyuta ehtiyatının yalnız 300 milyard dolları valyutadır. Onun da 120 milyard dolları toxunulmaz sayılan ehtiyat fondlarına aiddir. Qalan vəsait isə ölkənin ehtiyaclarını cəmi 9 ay ödəyə bilər. Ona görə də hökumət rublu qorumaq niyyətindən əl çəkib.

Qazaxıstan Mərkəzi Bankı milli valyutanı - tengəni üzən məzənnəyə keçirdiyini elan edib. Nəticədə tengə dəyərinin 20 faizindən çoxunu itirib. İndi bir ABŞ dolları 257.7 tengəyə bərabərdir. "Financial Times" yazır ki, neftdən asılı bu Orta Asiya ölkəsi Rusiya və Çinlə sıx ticarət edir. Ölkə rublun və neftin qiymətinin düşməsinin zərbəsini almaqdadır: "Qazaxıstandan öncə Vyetnam donqun məzənnəsini avqustun 11-dən bəri iki dəfə salıb. Ancaq tengənin üzən valyutaya keçirilməsi daha böyük addımdır və Çinin başlatdığı valyuta müharibəsi sarıdan narahatlıq yarada bilər". Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazaxıstanlılara qarşıdan gələn illərin asan olmayacağı ilə bağlı xəbərdarlıq edib: "Qarşıdan gələn illər asan olmayacaq. Əvvəlki böhranlardan çətin olacaq... Bizim indi yaşadığımız yeni reallıqlar, neqativ trendlər isə tam başqadır, hər şeyi əhatə edir: maliyyəni, əsasən də istehsalçıları, sənayeni. İqtisadi reallıqdan çıxış edərək, biz daxilən ümumiyyətlə neftin qiymətinin ucuz olduğu şəraitdə yaşamağa hazırlaşmalıyıq. Yəni bədbin variantı gözə almalıyıq. Əgər yaxşı olarsa, bu, bizim xeyrimizə olacaq, amma pis olarsa, buna hazır olmalıyıq. Ona görə də vəsaitə görə yaşamağa alışmalıyıq, büdcə ümumi iqtisadiyyatın nəzərə alınması ilə ixtisar ediləcək. İstənilən yeni təşəbbüslər, inkişaf, əmək haqqına, ştatlara dair 2016, 2017, ən son ehtimalda da 2018-ci ildə moratorium elan edirəm". Lirə, lari, rial kimi qonşu valyatların da ucuzlaşmasının davam edəəcyi gözlənilir və bu pullar manat qarşısında da dəyər itirir.

Sizin Reklam Yeriniz