Əlaqə Arxiv
news Image
2015.08.24
14:41
| A A A
“Bakcell”in Ulduzum proqramı 5 finalçıdan biri oldu
Bakcell şirkəti Ulduzum sadiqlik proqramı ilə Orta Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika telekommunikasiya şirkətləri arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 şirkətdən biri hesab olunur.  Movqe.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı ilə telekommunikasiya sahəsində müştərilərinə yüksək səviyyəli istehlakçı xidmətləri təqdim edən 5 ən yaxşı şirkət sırasına daxil olmasından məmnunluq duyur. 

"Bakcell"in Ulduzum proqramı "Telecoms World" tərəfindən Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 namizəd arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 finalçı şirkətdən biridir. Beləliklə, Şirkət sentyabr ayında Dubayda keçiriləcək "The Telecoms World Middle East Awards 2015" mükafatlandırma mərasimində "Ən yaxşı istehlakçı xidmətləri" kateqoriyasında birinci yerə çıxmaq şansına sahibdir.

"Biz dünya üzrə istehlakçılarına ən yaxşı xidmət göstərən 5 ən yaxşı şirkət arasında olmaqdan qürur duyuruq. Bizim üçün Ulduzum proqramı müştərilərinə cəlbedici endirimlər təqdim edən proqram olmaqdan daha artıqdır; bu, loyallıq, etibar və böyük Bakcell ailəsi olmaqla əlaqəlidir. Bu gün abunəçi bazamızın təxminən 45 faizi Ulduzum proqramından aktiv şəkildə istifadə edərək müxtəlif imtiyazlardan yararlanır. Ulduzum Azərbaycanda olan ən uğurlu loyallıq proqramıdır və bu səbəbdən də biz inanırıq ki, bu proqram uğurlarını davam edərək gələcəkdə Bakcell şirkətinə daha da çox abunəçi cəlb etməklə yanaşı nüfuzlu mükafatlar qazandıracaq", deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib. 

"Ən yaxşı istehlakçı xidməti" mükafatının namizədlərindən biri olmaq Bakcell üçün növbəti uğur hekayəsidir. Şirkət hər zaman abunəçi ehtiyaclarını qarşılamaq üçün səy göstərir, xidmətlərini təkmilləşdirir və ümumiyyətlə müştəri təcrübəsinin səviyyəsini artırır.  

1,4 milyondan artıq istifadəçisi ilə "Bakcell"in Ulduzum proqramı, istifadəçilərinə bir çox imtiyazlar və xidmətlər təqdim edərək loyallığı artıran ən uğurlu və tanınmış loyallıq proqramlarından biridir. Bir qədər öncə istifadəyə verilən iOS və Android əməliyyat sistemində işləyən mobil proqram vasitəsilə Bakcell abunəçiləri müxtəlif Ulduzum endirimlərindən faydalana bilirlər.

Sizin Reklam Yeriniz