Əlaqə Arxiv
news Image
2012.10.03
17:24
| A A A
İran “Riyal”ı dollar qarşısında əriyir

Movqe.az xəbər verir ki, nüvə proqramına görə İrana tətbiq olunan embarqolar ölkə iqtisadiyyatına ciddi təsir etməyə başlayıb. Pul vahidi rial, dollar qarşısında yüzdə 28-ə çatan dəyər itkisi yaşayır.

İqtisadiyyat üzərində təzyiqin artmasıyla valyuta kurunda enişlər yaşanır. Riyalın dəyərini itirməsi idxalatı bahalaşdırdiğından məhsul qiymətləri də artır. Bu vəziyyət də birbaşa istehlakçılara təsir edir.

Amerika Birləşmiş Ştatları və Avropa Birliyi nüvə fəaliyyətinə görə İrana qarşı bir sıra sanksiya qərarı tətbiq edir. Beləcə, ölkə qlobal bank sisteminin xaricində qalmağa məcbur edilir.

Sanksiyalar arasında ölkənin ən böyük gəlir yeri olan neftin satın alınmasına qadağan olunması da var. Tehran isə nefti daha aşağı qiymətə digər ölkələrə satmaq yolunu tutub. 

Sizin Reklam Yeriniz