Əlaqə Arxiv
news Image
2015.08.26
14:38
| A A A
Azərbaycanın rabitə operatoru xidmətlərinin əhatə dairəsini genişləndirir

"Aztelekom" MMC Ağdam rayonunun cəbhə xətti yaxınlığında telekommunikasiya şəbəkəsini genişləndirir. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.


O bildirib ki, Ağdam rayonunun bir sıra kəndlərində operator tərəfindən optik rabitə xətləri çəkilib, "NGN" telefon stansiyası istismara verilib.


Müşavir qeyd edib ki, "NGN" şəbəkəsinin genişləndirilməsi prioritet tapşırıqlardan biridir. Bu, operatorun gələcəkdə multimedia xidmətləri seqmentinin inkişafına təkan verməsi üçün imkan yaradacaq.


M.Əmirov bildirib ki, rabitə xidmətlərinin cəbhə xətti yaxınlığındakı bütün yaşayış məntəqələrini əhatə etməsi operatorun qarşısında duran prioritet tapşırıqdır.

Sizin Reklam Yeriniz