Əlaqə Arxiv
news Image
2015.08.28
12:24
| A A A
Bakı-Sumqayıt sürət qatarında daha bir-YENİLİK

"Stadler" ikimərtəbəli sürət qatarları sentyabrın 15-də Bakı-Sumqayıt marşrutu üzrə işə düşəcək. Bu barədə Movqe.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, artıq qiymətin müəyyənləşdirilməsi üçün Tarif Şurasına müraciət edilib: "Tarif Şurası sentyabrın 15-dək qiyməti açıqlayacaq. Artıq sentyabrın 15-dən qatar sərnişinlərin istifadəsində olacaq. Qatarda gediş haqqı aztəminatlı ailələrin, tələbələrin büdcəsinə uyğun olacaq. Qiymət çox baha olmayacaq".

N. Əzməmmədov onu da bildirib ki, qatarda gediş haqqı üçün stansiyalarda avtomat quraşdırılacaq. Gediş haqqını avtomatdan ödəniş etməklə bilet almaq mümkün olacaq. Eləcə də nağd ödəniş qüvvədə olacaq. Gələcəkdə isə sürət qatarında kart sistemi işə düşəcək".

Sizin Reklam Yeriniz