Əlaqə Arxiv
news Image
2015.08.28
12:27
| A A A
Azercell “İlin şirkəti” adını qazandı

Movqe.az xəbər verir ki, Azercell "İlin şirkəti" adını qazanıb. Mobil operator növbəti dəfə Stevie Beynəlxalq Biznes Mükafatına layiq görülüb. 

 

Hər zaman ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azərbaycanın lider mobil operatoru Azercell Telekom yenidən nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görüldü. Şirkət telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə  İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə) mükafatını qazandı.

Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində Azercell bu mükafata layiq görülüb. aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir.

Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünyanın işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" mükafatı təqdim edilib.  

Sizin Reklam Yeriniz