Əlaqə Arxiv
news Image
2015.08.28
15:55
| A A A
Avropalılar TAP-a pul yatıracaqlar
Avropa İnvestisiya Bankının prezidenti layihəni maliyyələşdirəcəklərini bildirib.

Avropa İnvestisiya Bankı (AİB) TAP layihəsini maliyyələşdirəcək.ANS PRESS-in məlumatına görə, bunu AİB-in prezidenti Verner Oyer Avstriyanın paytaxtı Vyanada keçirilən 2-ci Qərbi Balkanlar sammitində deyib. Onun sözlərinə görə, TAP layihəsi Avropa Birliyinə qaz təchizatını və Qərbi Balkanlarda qazın enerji mənbəyi kimi istifadəsi imkanlarını artıracaq.Sammit Qərbi Balkan ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilir.Trans Adriatik Boru Xətti (Trans Adriatic Pipeline - TAP) vasitəsilə təbii qaz Xəzərin Azərbaycan sektorundan keçməklə Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya, daha sonra qərbi Avropaya nəql ediləcək. Ümumi uzunluğu 870 km olan xəttin tikintisinə bu il başlanılıb. Tikinti işlərinin 2018-ci ilədək yekunlaşacağı gözlənilir.


Sizin Reklam Yeriniz