Əlaqə Arxiv
news Image
2015.08.29
14:40
| A A A
Azərbaycan neftinin qiymətləri: 24-28 avqust həftəsinin yekunları

Ötən həftə (24-28 avqust) ərzində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 46,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,44 dollar/barel azdır.



Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,554, minimum isə 44 dollar/barel təşkil edib.


24-28 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 42,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,05 dollar/barel azdır.


Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,95, minimum isə 40,34 dollar/barel olub.


URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.


24-28 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 43,79 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,42 dollar/barel azdır.


Ötən həftə "Brent"in maksimum qiyməti 48,27 dollar, minimum isə 41,86 dollar/barel təşkil edib.

Sizin Reklam Yeriniz