Əlaqə Arxiv
news Image
2015.08.31
13:38
| A A A
Azərbaycanda daha iki kəndə qaz verilib
Şəmkir rayonunun Mehrili və Neftçala rayonunun Qədimkənd kəndlərinə təbii qaz verilib.

Movqe.az-ın verdiyi xəbərə görə, 144 abonenti olan Mehrili kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 265 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 144 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Neftçala rayonunun 424 abonentlik Qədimkənd kəndinə təbii qazın verilişi bərpa ediib. Qeyd olunub ki, bu məqsədlə 21 329 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Sizin Reklam Yeriniz