Əlaqə Arxiv
news Image
2015.08.31
16:27
| A A A
"Star" NEZ-də istehsalın başlama vaxtı açıqlandı

"SOCAR Turkey Enerji" şirkəti "Star" neft emalı zavodunda (NEZ) istehsala 2018-ci ilin martında başlamağı planlaşdırır. Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə şirkətin rəhbəri Kənan Yavuz deyib.


Onun sözlərinə görə, "Star" NEZ-in tikintisinin qiyməti 5,6 milyard dollar təşkil edir: "Bununla belə, 3,2 milyard dollar 23 beynəlxalq və yerli bank, 2,4 milyard dolları isə SOCAR tərəfindən qoyulub. "Petkim"in "Star" NEZ-də təqribən 8 faiz həcmində pay əldə edəcəyi gözlənilir".


K.Yavuz qeyd edib ki, zavodun tikintisi 2018-ci ilin sonuna başa çatacaq: "Hazırda tikinti işlərinin 29 faizi yekunlaşıb. Qoyulan investisiyaların həcmi 2 milyard dollar təşkil edir. Bu məbləğin təqribən 300 milyon dolları layihə maliyyələşdirilməsinin hesabına banklar tərəfindən ödənilib. İnvestisiya mərhələsində 2017-ci ilədək NEZ-də təqribən 10 min nəfər işləyəcək. 2018-ci ilin martında zavodda istehsala başlamaq planlaşdırılır. Onun istismara buraxılmasından sonra min nəfər daimi əsasda iş yerlərilə təmin ediləcək".

Sizin Reklam Yeriniz