Əlaqə Arxiv
news Image
2015.09.01
12:23
| A A A
İŞİD öz pul vahidi elan etdi

Movqe.az xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti), öz pul vahidi olaraq qızıl dinarı elan etdiyi bir videoçarx yayıb. İŞİD-in sənədli film tərzindəki videosu təxminən bir saat müddətindədir.

Təşkilata aid "Əl-Hayat Media Mərkəzi" tərəfindən, aralarında ərəb və ingiliscənin də olduğu yeddi dildə hazırlanan videoçarx "Xəlifəliyin yüksəlişi: Qızıl Dinarın geri dönüşü" adını daşıyır. Videoda təşkilatın bu yaxınlarda yeni pul vahidini tətbiq edəcəyi aydın olur.

İŞİD ilk olaraq noyabr ayında öz pul vahidini tətbiq edəcəyini açıqlamışdı. İŞİD-in iyun ayında paylaşdığı videoda isə qızıl sikkələrin kəsildiyi görülürdü.

Yeni videoda pulların kəsildiyi və bir İŞİD militanı tərəfindən küçədə insanlara tanıdıldığı görülür. Videoda İŞİD-in yaxında ABŞ dollarının beynəlxalq ticarətdəki hakimiyyətinin altını qazacağı söylənilir.

Ayrıca videoda İŞİD-in İraq və Suriyadakı neft sahələrini ələ keçirməyə çalışdığı da bildirilir və bu neftin dollar banknotlarıyla deyil qızılla satılacağı deyilib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz