Əlaqə Arxiv
news Image
2015.09.03
18:50
| A A A
Azərbaycanda bu il sahibkarlara 138 mln. manat güzəştli kredit verilib
Sabirabadda müasir istixana kompleksi istifadəyə verilib

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forumunda Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manatadək güzəştli kredit verilib. "Movqe.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, forum çərçivəsində güzəştli kredit ayrılmış Sabirabad rayonunun Kürkəndi kəndində istifadəyə verilmiş 6,3 ha ərazidə illik istehsal gücü 2,7 min ton tərəvəz olan müasir istixana kompleksinə baxış keçirilib.

Qeyd edək ki, son illər Fondun xətti ilə 141,6 ha ərazidə illik istehsal gücü 47,5 min ton tərəvəz məhsulları, 10,4 mln. ədəd dekorotiv bitkilər, 10,6 mln. ədəd tərəvəz ştilləri olan 40 müasir istixana kompleksinin yaradılmasına 93,4 mln. manat güzəştli kredit verilib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3 870-dək sahibkara 138,4 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

"Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 442 mln. manat güzəştli kredit verilib, iqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 36 000-dən çox yeni iş yer yaradılıb. İndiyədək verilmiş kreditlərin 11,6 mln. manatı Sabirabad rayonunun payına düşür", - Ş.Abdullayev qeyd edib.


Sizin Reklam Yeriniz