Əlaqə Arxiv
news Image
2015.09.03
18:50
| A A A
Daha bir kredit təşkilatı dollar kreditlərini manata çevirir

"FINCA-Azerbaijan" – bank olmayan kredit təşkilatı (BOKT) dollar kreditlərini ödəməkdə çətinlik çəkənlərə borcu manata çevirməyi və yeni kredit müqaviləsi bağlamağı təklif edir. Bu barədə təşkilatdan bildirilib. "Müştərilərə dollarla olan kreditlərin manata çevrilərək restruktrizasiyası (kreditin illik faiz dərəcəsinin 5% artırılması şərti ilə) təklif olunur. Müştərilərin hamısının restruktrizasiya etmələri üçün çevik imkanlar artırılıb". Bu təkliflə razılaşmaq istəməyən, eləcə də hec cür razılıq əldə edilməyən müştərilərlə isə "FINCA-Azerbaijan" hüquqi dildə danışır. Yəni, problemli müştərilər məhkəməyə verilir və bu yolla vaxtı keçmiş borclar yığılır.

Sizin Reklam Yeriniz