Əlaqə Arxiv
news Image
2015.09.04
19:30
| A A A
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində yoxlama aparılıb
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Ağstafa rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan Ucar rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ayrılan vəsaitlərin və dövlət büdcəsindən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə Hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiqlənib, bir audit tədbiri üzrə isə proqrama dəyişiklik olunub.

Sizin Reklam Yeriniz