Əlaqə Arxiv
news Image
2015.09.08
13:45
| A A A
“Unibank” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə iri kreditlər təklif edir

"Unibank" ASC yerli istehsalçılara dəstək məqsədi ilə yeni layihəyə qoşulub.

Movqe.az xəbər verir ki, Bankdan  verilən məlumata görə, Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olan "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nə qoşulan "Unibank"a bu məqsədlə 8 mln. ABŞ dolları kredit ayrılıb.

Layihə çərçivəsində "Unibank" kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir. Kreditlər 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.

"Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman "Unibank"ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül" , "Yasamal", "8 saylı" filialları və "Unibank biznes mərkəzi"nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir", - deyə məlumatda vurğulanıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,https://twitter.com/unibank) əldə etmək olar.


Sizin Reklam Yeriniz