Əlaqə Arxiv
news Image
2015.09.08
16:00
| A A A
"Azər Türk Bank" "Mərkəz" filialı yeni ünvana köçüb

Xidmət səviyyəsini yüksəltmək, müştəriləri bank məhsulları ilə daha yaxşı səviyyədə təmin etmək məqsədilə, "Azər Türk Bank" ASC-nin "Mərkəz" filialı yeni ünvanda fəaliyyətə başlayıb.

Movqe.az xəbər verir ki, bankdan verilən məlumata görə, "Mərkəz" filialı Bakı şəhəri, Bülbül prospekti 44 ünvanında yerləşir.

Filialın yeni ofis ilə təmin edilməsi "Azər Türk Bank" ASC-nin xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq həyata keçirilib.

Yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar da daxil olmaqla, bütün bank xidmətləri təklif edilir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


Sizin Reklam Yeriniz