Əlaqə Arxiv
news Image
2015.09.08
17:55
| A A A
İqtisadiyyat və Sənaye Nazirliyi sənaye portalı istifadəyə verib

Azərbaycan sənayesi, bu sahədə görülən işlər və həyata keçirilən layihələr barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən www.senaye.gov.az portalı istifadəyə verilib.

Movqe.az xəbər verir ki, Nazirlikdən  portalda Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, bu sahə ilə bağlı qanunvericilik, sənayenin inkişaf tarixi, icrası başa çatmış və hazırda həyata keçirilən layihələr, sənaye parkları və sənaye məhəllələri, sənayenin müxtəlif sahələri üzrə araşdırmalar, ölkə sənayesi ilə bağlı maraqlı faktlar və digər məlumatlar yerləşdirilib.

Portalda yerləşdirilmiş sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin kataloqunda bu müəssisələrin məhsulları, ixrac ölkələri və s. barədə məlumatlar verilir.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portala "CV bank" bölməsi də inteqrasiya edilib. Bu bölmədə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye sahəsi üzrə ixtisaslı kadrlara dair məlumatlar yerləşdirilib ki, sənaye müəssisələri bu bazadan istifadə etməklə ehtiyacı olan kadrlarla əlaqə yarada bilərlər.


Sizin Reklam Yeriniz