Əlaqə Arxiv
news Image
2015.09.08
18:00
| A A A
Azərbaycanda qeydiyyatda olan radioelektron vasitələrin və radiotezlik istifadəçilərinin sayı açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 48 276-ya çatıb.

Movqe.az xəbər verir ki, Nazirlikdən verilən xəbərə görə, təkcə bu ilin yanvar-avqust ayları ərzində 4 911 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb.

Qeyd edək ki, sentyabrın 1-i tarixinə Dövlət Radiotezliklər İdarəsində 470 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70 istifadəçi dövlət, 329 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 40 istifadəçi isə fiziki şəxslərdir.


Sizin Reklam Yeriniz