Əlaqə Arxiv
news Image
2015.09.09
15:33
| A A A
"Fitch" manatın təkrar devalvasiyasını gözləmir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının bundan sonra devalvasiyasını gözləmir.

Movqe.az xəbər verir ki, bunu Trend-ə agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev deyib.

O hesab edir ki, neftin ucuz qiymətlərinin təzyiqini nəzərə alsaq, Azərbaycan üçün müəyyən risklər qalır: "MDB-nin digər ölkələrində isə devalvasiya daha dərin olub. Agentlik bunu Azərbaycanda baza ssenarisi qismində nəzərdən keçirmir".

Ekspert deyib ki, ehtimalı (təkrar devalvasiya) qiymətləndirmək çətindir: "Lakin demək olar ki, hazırda ehtimal 50 faizdən az təşkil edir".


Sizin Reklam Yeriniz