Əlaqə Arxiv
news Image
2015.09.09
15:52
| A A A
Nazir Samir Şərifov Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bu gün Azərbaycanın maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifov AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyononu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Movqe.az xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, son illərdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan S. Şərifov bunun bariz nümunəsi kimi AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının bu ilin may ayında Bakı şəhərində keçirildiyini xatırladıb. Nazir O. Noroyononun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizlə AİB arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini qeyd edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən O. Noroyono etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, bu il Azərbaycanın AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu toplantının hələ uzun illər xatırlanacağını qeyd edib.

O. Noroyono fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib.



Sizin Reklam Yeriniz