Əlaqə Arxiv
news Image
2015.09.09
18:42
| A A A
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron xidmətlərdən istifadəyə görə ikinci olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) avqust ayında "Elektron hökumət" portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları arasında ikinci yerdə qərarlaşıb.


Movqe.az xəbər verir ki, Məlumat Hesablama Mərkəzindən verilən xəbərə görə, ötən ay nazirliyin xidmətlərinə 277 996 dəfə müraciət edilib.


RYTN-in ən çox istifadə olunan e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış", "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması" və "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" və s. xidmətləri olub.



Sizin Reklam Yeriniz