Əlaqə Arxiv
news Image
2015.09.10
15:10
| A A A
Azərbaycanda qara metallar bazarının vahid tənzimlənməsi tətbiq edilə bilər

"Azərmetal" adlı dövlət şirkəti və ya səhmdar cəmiyyətinin yaradılması Azərbaycan üçün çox faydalı ola bilər. Movqe.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsi müdirinin müavini, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyevin "Azərbaycan" qəzetində dərc edilən məqaləsində deyilir.


Onun sözlərinə görə, çünki dünya metal bazarında neft və qazdan da sərt bir rəqabət mövcuddur: "Bu bazarda qiymətlər daha kəskin oynayır. Nəhəng xarici şirkətlərin basqısına tab gətirmək, sabit satış bazarı qazanmaq və dayanıqlı maliyyə imkanlarına malik olmaq üçün qara və əlvan metallurgiya müəssisələrimizin vahid bir əldən idarə olunması məqsədəuyğun olardı".


Məqalə müəllifi qeyd edib ki, 2014-cü ildə Azərbaycanda qara metallurgiya müəssisələri tərəfindən 370 min tona yaxın metal məhsul (armaturlar, borular, konstruksiyalar) istehsal olunub ki, bunun da təxminən 250 min tonu "Bakı Steel Company" MMC-nin payına düşür.

Sizin Reklam Yeriniz