Əlaqə Arxiv
news Image
2015.09.11
13:21
| A A A
Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalının yeni mobil əlavəsini hazırlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalının yeni mobil əlavəsini (CİB) hazırlayıb.


Movqe.az-ın məlumatına görə, bu barədə Mərkəzin direktoru Nail Mərdanov məlumat verib.


Onun sözlərinə görə, sentyabrın sonuna qədər mobil əlavə "App. Store"da yerləşdiriləcək. "Bununla da, müştərilər mobil telefondan istifadə etməklə istənilən ödənişi, o cümlədən dövlət ödənişlərini ən rahat şəkildə kart vasitəsilə ödəyə biləcək", - deyə N. Mərdanov qeyd edib.


"MilliKart" prosesinq mərkəzinin baş direktoru Cəlal Orucov isə bildirib ki, hazırda CİB vasitəsilə 40-dan çox ödəniş etmək mümkündür: "O cümlədən, Hökumət Ödəniş Portalının hesabına biz dövlət ödənişlərini də qoşmuşuq. Dövlət ödənişlərinin sayı 100-dən çox olduğundan hələlik indiki mərhələdə biz 2 dövlət ödənişini - "Yol hərəkəti haqqında" qanunun pozuntusu üzrə cərimələri və sadələşdirilmiş vergi üzrə ödənişləri mobil əlavəyə qoşmuşuq. Növbəti mərhələdə əlavə ödənişlərin sayı artırılacaq".



Sizin Reklam Yeriniz