Əlaqə Arxiv
news Image
2015.09.11
14:32
| A A A
Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və əmək haqqı açıqlanıb

Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub, onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.


Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, muzdla işləyənlərin 22,2%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 458,9 manat olub.


İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.




Sizin Reklam Yeriniz