Əlaqə Arxiv
news Image
2015.09.11
14:52
| A A A
Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron Hökumət” portalına inteqrasiya ediləcək

Yaxın vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) vasitəsi ilə vətəndaşın kredit ödənişləri ilə bağlı arayışı əldə etmək mümkün olacaq.


Movqe.az-ın  məlumatına görə, bunu MHM-in direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, bununla bağlı təmsil etdiyi qurumla Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti arasında danışıqlar aparılır.

Bundan başqa, MHM-in 2008-ci ildən indiyədək vətəndaşın Mərkəzi Bank üzərindən apardığı onlayn ödənişlər barədə çıxarış verə bilməsi istiqamətində iş gedir.

"Bu arayışlar portala əlavə olunduqdan sonra vətəndaşın ödəyicilik qabiliyyəti, götürdüyü kreditin qaytarılması riskinin müəyyən olunması və sair məlumatlar banklar üçün əvəzolunmaz olacaq", - deyə N. Mərdanov qeyd edib.


Sizin Reklam Yeriniz