Əlaqə Arxiv
news Image
2015.09.11
15:17
| A A A
Azərbaycanda 10 yeni dövlət standartı təsdiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı təsdiq edilib.


Komitədən Movqe.az-a verilən məlumata görə, komitə tərəfindən AZS 807-2015 (ISO5666-1999) "Suyun keyfiyyəti. Civənin təyini", AZS 808-9-2015 (ISO 6107-9-1997) "Suyun Keyfiyyəti – Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli" , AZS 809-1-2015 (ISO 8689-1:2000) "Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat", AZS 809-2-2015 (ISO 8689-2:2000) "Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd" , AZS 832-2015 (ISO 14015-2001) "Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem", AZS 833-1-2015 (ISO 10304-1:2007) "Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı", AZS 834-5-2015 (ISO 10381-5-2005) "Torpağın keyfiyyəti - Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat", AZS 834-6-2015 (ISO 10381-6-2009) "Torpağın keyfiyyəti - Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr", AZS 835-2015 (ISO 14001-2004) "Ətraf mühitin idarəetmə sistemləri.İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur", AZS 836-2015 (ISO 14004-2004) "Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları" dövlət standartları təsdiq edilib. Bu standartlar beynəlxalq standartlar əsasında hazırlanıb.

Qeyd edək ki, AZS 807-2015 (ISO5666-1999) "Suyun keyfiyyəti. Civənin təyini" standartında - civənin suda, məsələn yeraltı, səth və çirkab sularında təyini üçün iki metod təklif edilir

AZS 808-9-2015 (ISO 6107-9-1997) "Suyun Keyfiyyəti – Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli" standartı - lüğətdə mövcud olan bütün terminlərə dair əlifba ardıcılılığı ilə siyahıdan və mövzular cədvəlindən ibarətdir. Bu 1-dən 8-dək olan hissələrdəki terminlərin və izahların tez və düzgün tapıla bilməsindən və eləcə də aşağıda göstərilən hissələrdən ibarət lüğətdəki terminlərin və izahların müəyyənləşdirilməsindən ötrü istifadə edilə bilər

AZS 809-1-2015 (ISO 8689-1:2000) "Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat" standartı - ISO 8689-un bu hissəsi bentik makroonurğasızların tədqiqinə əsasən axar çaylar üzrə bioloji keyfiyyət məlumatının təfsiri üçün təlimat verir. Qəbul edilir ki, ekoloji vəziyyətin tam qiymətləndirilməsi üçün digər bioloji keyfiyyət elementləri də qiymətləndirilməlidir.

AZS 809-2-2015 (ISO 8689-2:2000) "Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd" standartında - Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlar əsasında axar sulara dair bioloji keyfiyyət məlumatlarının təqdimatına dair rəhbər sənədi verilmişdir. Bu rəhbər sənəd nümunələrin götürülməsi üçün standart metodlardan və ISO 8689-1-də verilən təsnifat prosedurlarından istifadə etməklə tədqiqatların nəticələrinə aid edilə bilər. Qeyd etmək lazımdır ki, ekoloji statusun tam qiymətləndirilməsi üçün bioloji keyfiyyətə dair digər elementlər də qiymətləndirilməlidir.

AZS 832-2015 (ISO 14015-2001) "Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem" standartı - Ekoloji aspektlərin və ekoloji nəticələrin identifikasiyası prosesində İSTEQ-nin (İstehsal Sahələrinin və Təşkilatın Ekoloji Qiymətləndirilməsi) aparılması üzrə rəhbəredici sənədi müəyyənləşdirir və biznes üçün onların nəticələrinin təyin edilməsini təmin edir

AZS 833-1-2015 (ISO 10304-1:2007) "Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı" standartı - suda, misal üçün: içməli suda, qrunt sularında, səth sularında, çirkab sularında, sızıntılarda və dəniz suyunda ionların maye xromatoqrafiya üsulu ilə həll olmuş bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfat anionlarının təyini üçün metodu müəyyənləşdirir.

AZS 834-5-2015 (ISO 10381-5-2005) "Torpağın keyfiyyəti - Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat" standartında - torpaq çirklənməsinin mövcud olduğunun və ya torpaq çirklənməsinin mövcudluğuna dair şübhə olan zaman şəhər və sənayə sahələrinin tədqiqinə aid olan prosedurlar haqqında təlimatlar verilir.

AZS 834-6-2015 (ISO 10381-6-2009) "Torpağın keyfiyyəti - Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr" standartında - laboratoriyada aerob şəraitdə əlavə testlərin aparılması məqsədi ilə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması ilə bağlı tövsiyələr əks olunmuşdur.

AZS 835-2015 (ISO 14001-2004) "Ətraf mühitin idarəetmə sistemləri.İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur" standartı - təşkilata qüvvədə olan hüquqi tələblər və təşkilatın üzv olduğu digər tələbləri və mühüm ekoloji aspektləri barədə məlumatı nəzərə alan siyasət və məqsədlər işləyib hazırlamaq və həyata keçirməyə imkan verən ətraf mühitin idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirir

AZS 836-2015 (ISO 14004-2004) "Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları" standartı - ətraf mühitin idarəetmə sisteminin təsis olunması, həyata keçirilməsi, saxlanması və təkmilləşdirilməsi və onun digər idarəetmə sistemləri ilə əlaqələndirilməsinə dair təlimatı müəyyənləşdirir.


Sizin Reklam Yeriniz