Əlaqə Arxiv
news Image
2015.09.14
15:10
| A A A
SOCAR: TANAP-dakı payımızın 7%-nin “SOCAR Turkiye Enerji”yə satılması maliyyələşmə problemini həll edəcək

SOCAR Trans-Anadolu qaz boru xətti layihəsində (TANAP) sahib olduğu payın 7%-ini Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkiye Enerji"yə satacaq.


Movqe.az-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.


"SOCAR Turkiye Enerji"nin TANAP-da pay alması maliyyələşmə probleminin həll edilməsi üçün sistemdə edilən düzəlişdir. Bu gün SOCAR TANAP-da 58% səhmə sahibdir. Onun da 7%-ni biz "SOCAR Türkiyə"yə veririk ki, maliyyələşməni həyata keçirək. Bu, spesifik keçidlərdir", - deyə R. Abdullayev vurğulayıb.


O, əlavə edib ki, SOCAR-ın Türkiyədəki aktivlərinin artması "SOCAR Türkiye"nin böyüməsi deməkdir: "Bilirsiniz ki, TANAP-dakı səhmlərimizin 13%-nin 1,3 milyard dollara satışını təmin etdik. Bu vəsaitlər əsasən SOCAR-ın banklardan götürdüyü kreditlərin qaytarılmasına və yeni layihələrin maliyyələşdirilməsinə yönələcək".



Sizin Reklam Yeriniz