Əlaqə Arxiv
news Image
2015.09.14
18:40
| A A A
KİV: SOCAR iş adamı Mübariz Mənsimova məxsus "Palmarina"nı almaq üçün danışıqlar aparır

SOCAR azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali Holding"ə daxil olan "Palmarina"nı almaq üçün danışıqlar aparır.


Movqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Finansgundem" nəşri yazır.

Nəşr iddia edir ki, danışıqlar müsbət məcrada davam edir.

Bildirilir ki, M. Mənsimov "Palmarina"nı 42 mln. dollara alıb. Lakin SOCAR-ın "Palmarina"nı hansı məbləğə əldə etmək istədiyi açıqlanmır.

Qeyd edək ki, "Palmarina" minlərlə yaxta qəbul etmək iqtidarında olan Türkiyədəki yeganə marinadır.


Sizin Reklam Yeriniz