Əlaqə Arxiv
news Image
2015.09.15
19:15
| A A A
Bakıda yeni məktəb fəaliyyətə başladı

130 illik tarixə malik Sabis məktəblər şəbəkəsi dünyanın qabaqcıl ölkələrində və Yaxın Şərqdə fəaliyyət göstərən Ingilis və Amerikan beynəlxalq standartlarına malik müasir təhsil müəssisəsidir. Dünyanın 16 ölkəsində 70 mindən artıq şagirdi olan Sabis məktəblər şəbəkəsinin ən böyük fərqi odur ki, şagirdlər dünyanın istənilən universitetlərinə qəbulda heç bir çətinliklə üzləşməyəcək. Buna zamin yaradan əsas amil - təhsil sistemin bütün müasir sistemlərə uyğunluğu və təhsil dilinin beynəlxalq dil - İngilis dilində olmasıdır. Eyni zamanda, Sabis Sun məktəbində olan SLO – şagird həyatının təşkili şagirdlərin həyata hazırlanmalarında çox əhəmiyyətli bir yer tutur. Tədris ilin başlanması münasibəti ilə yeni fəaliyyətə başlamış Sabis Sun məktəbinə jurnalistlər üçün media tur təşkil edildi. Yaradılan şərait, kurikulum və ümumi tədris sistemi, pedaqoji heyət ilə əyani tanış olan KİV nümayəndələrinin yaranan suallarını məktəbin direktoru Yakobus Gerike cavablandıraraq, Sabis təhsil sisteminin özünəməxsus xüsusiyyətlərini izah edib, Sabis məktəblər şəbəkəsindən bir məktəbin artıq Bakıda da açılmasından məmnuniyyət hissi keçirdiyini bildirdi. Sevindirici haldır ki, Azərbaycanlı riyaziyyat müəlliməsi Rəna Sadıqova Sabis məktəblər şəbəkəsinin beynəlxalq sertifikasiya imtahanlarından bu günə qədər ən yüksək mümkün 100 baldan 96 bal toplamışdır. Bu münasibətlə Azərsun Holdinqin Müşahidə Şurasının Sədri Abdolbari Goozal müəlliməni təbrik etmiş və mükafatlandırmışdır.

Qeyd edək ki, Sabis Sun məktəbi Xəyal Adası kompleksində yerləşir. Kompleks Zığ şosesinin 22-ci kilometrində 330 hektarlıq geniş ərazini əhatə edir. Şəhər üslublu həyat tərzinin üstünlükləri və şəhərdən kənar həyatın xüsusiyyətlərini birləşdirən layihəyə Beynəlxalq Sabis məktəbi ilə yanaşı yaşayış sahəsi, 18 dəlikli qolf meydançası, qolf akademiyası, qolf təlim sahəsi, ticarət mərkəzləri, otel, spa və sağlamlıq mərkəzləri, kafe və restoranlar daxildir. Xəyal Adası ərazisinin xeyli hissəsi ekzotik flora ilə örtülmüş, ümumilikdə 12 min kvadrat metrlik ərazidə isə göllər mövcuddur. Layihənin ilk mərhələsi üzrə tikinti işləri başa çatmaq üzrədir.

Qeyd edək ki, Sabis Sun tədris müəssisəsinə uşaq bağçasından 8-ci sinifə qədər qeydiyyat davam edir. Tel 051 990 65 65 077 522 31 31, email: [email protected]

Sizin Reklam Yeriniz