AZAL Bakı-Moskva aviareyslərinin sayını azaldıb
Bu, mövsümü amillərlə bağlıdır.
Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Moskva marşrutu ilə həyata keçirdiyi uçuşların sayını ikiyə endirib.
AZAL yay mövsümü üçün uçuşlarının sayını 3-dək artırsa da, payız-qış mövsümü ilə əlaqədar bunların sayını yenidən 2-yə salıb. Artıq bu gündən etibarən saat 15:15-də Bakıdan Rusiya paytaxtına gerçəkləşdirilən reys ləğv olunub.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nın Moskvanın "Domodedovo" Hava Limanına həyata keçirdiyi digər iki reys saat 10:40 və 20:00-da yerinə yetirilir.
AZAL-dan başqa bu marşrutla Rusiyanın "Aeroflot" (2 reys) və "Siberia" (S7, 1 reys) aviaşirkətləri də reys həyata keçirir. Bu reyslər Moskvanın "Domodedovo" və "Şeremetyevo" aeroportlarına yerinə yetirilir.