Əlaqə Arxiv
news Image
2015.09.17
12:55
| A A A
Azərbaycanda gələcək analar üçün mobil əlavə yaradılacaq

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi gələcək analar üçün mobil əlavəsini buraxmağa hazırlaşır. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə mərkəzdən deyiblər.


Hazırda Android və iOS əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün distributivin hazırlanması üzrə podratçının seçilməsi bağlı maraqlar sorğusu elan edilib.


Sorğuda iştirak etmək üçün sənədlər sentyabrın 18-i saat 18:00-dək qəbul edilir. Ətraflı məlumatı (+994 12) 431-60-88 telefon nömrəsi üzrə əldə etmək olar.


Mərkəzdən qeyd ediblər ki, sorğu iştirakçıları müvafiq sənədləri verdikdən sonra mobil əlavənin funksionallığı üzrə texniki tapşırıq təqdim ediləcək,


Distrubitivin funksionallığı hamiləlik ərzində gələcək anaların səhhətinə nəzarət etməyə, orqanizmdə baş verən bütün dəyişikliklər barədə məlumatlı olmağa imkan verəcək.

Sizin Reklam Yeriniz