Əlaqə Arxiv
news Image
2015.09.17
14:10
| A A A
Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək

Azərbaycan sentyabrın 18-dən 20-dək "ASAN xidmət"in İnnovasiyalar Mərkəzi və "ADA" Universitetinin təşkilatçılığı ilə "World Summit Award" və "Grand Jury" tədbirinə ev sahibliyi edəcək.


"ASAN xidmət"dən bildirilib ki, tədbirin birinci hissəsində ictimaiyyət üçün açıq forum keçiriləcək. Tədbirdə sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, informasiya cəmiyyəti barəsində perspektivlərini bölüşəcəklər. İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-dək tətbiq arasından 40 qalib seçilməsi üçün "Grand Jury" sessiyası olacaq. İyirmi bir beynəlxalq ekspert BMT-nin üzvü olan hər bir dövlət tərəfindən "World Summit Award"a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda bir araya gələcək.


Qeyd edək ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yollarını tapmaqdır.

Sizin Reklam Yeriniz