Əlaqə Arxiv
news Image
2015.09.17
16:55
| A A A
Bakıda Qurban bayramı ilə əlaqədar ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tədbirlər əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə keçiriləcək.

 

Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz