Əlaqə Arxiv
news Image
2015.09.21
14:55
| A A A
Azərbaycan dəniz taksiləri ideyasını təxirə salıb

Bakı buxtasında kiçik dəniz taksilərinin fəaliyyətinin təşkili ideyasından müvəqqəti imtina edilib. Paytaxtın küləkli hava şəraiti kiçik taksilərin hərəkətinə imkan vermədiyindən bu məsələ hazırda gündəmdə deyil. Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov deyib.

"Bakıda cənub küləkləri artıb, dəniz şəraiti taksilərin hərəkətinə həmişə maneə törədir. Ona görə biz bunu təxirə saldıq", - deyə Q.Qurbanov bildirib.

Onun sözlərinə görə, kiçik dəniz taksiləri əvəzində Bakı buxtasında yeni alınan böyük gəmilər hərəkət edir: "Onlar sərnişin gəzintliləri ilə məşğuldur. Bizim dəniz şıltaq olduğuna, hazırda cənub küləklərinin intensivliyi artdığına görə balaca gəmilərin hərəkəti məhdudlaşır".

Xatırladaq ki, əvvəlki təkliflərdə dəniz taksilərinin Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcəyi nəzərdə tutulurdu.


Sizin Reklam Yeriniz